İdman

Jurnalistlər arasında şahmat turnirinin açılış mərasimi keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov və AŞF-in I vitse-prezidenti Faiq Həsənov iştirak edib.

“Ölkəmizdə Milli Olimpiya Komitəsinin 30 illiyi də qeyd edilir. Bizim müxtəlif idman növlərində və şahmatda nailiyyətlərimiz var. Jurnalistləri qarşıdan gələn mətbuat günü münasibəti ilə təbrik edirəm. Bütün tərəfdaşlara və təşkilatçılara minnətdaram, iştirakçılara uğurlar arzulayıram”, – nazir Fərid Qayıbov çıxışında bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Faiq Həsənov də tədbir iştirakçılarını salamlayıb və jurnalistlərə uğurlar arzulayıb: “Turnirin sistemi dəyişib, indi daha maraqlı olacaq. Güclülər qalib gələcək, amma bir az çətin olacaq. Tədbirimiz ölkədə şahmata diqqətin ayrıldığını göstərir. Azərbaycan şahmat ölkəsi kimi tanınır”.

Əhməd İsmayılov da tədbirin önəmli olduğunu vurğulayıb: “İdman saytları MEDİA-nın müsabiqələrində iştirak edirlər və daim fəaldırlar. Gələcəkdə idman jurnalistikasında peşəkarlığın artması istiqamətində işlər görüləcək. Mən də şahmatı sevirəm. Uşaq vaxtından bu idman növü ilə məşğul olmuşam. Jurnalistlərin belə turnirə müraciət etməsi bizi sevindirir. Qaliblərlə qeyri-rəsmi şahmat turniri də təşkil edə və onlarla oynaya bilərik”.

Açılış mərasimindən sonra püşkatma baş tutub.

Qrup mərhələsi

A qrupu

Ceyhun Əliyev, İlqar Məhərrəmov

Seymur Teymurov, Vüqar Məmmədov

Elmidar Əliyev Samirə Allahverdiyeva

Faiq Tahirov, Vüqar İmanov

Ramiz Quliyev,Teymur Tuşiyev

Murad Əliyev, Seymur Baxşıyev

Vüqar Vüqarlı, Aytən Qurbanova

B qrupu

Aysel Adıgözəlli, Səddam Laçın

İlkin Xəlilov, Kənan Məstəliyev

Sərxan Musalı, İman Məcidov

Kənan Həsənov, Mələk İnqlablı

Kamran Hacı, Vüsalə Mustafayeva

Pünhan Şükür, Bəxtiyar Məcidli

Bünyamin Bünyadzadə, Alqayıt Hüseynov

İlkin Vidadioğlu, İbrahim Məmmədli

Qeyd edək ki, yarışın qalibləri 22 iyul Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaq.

İlk üç yeri tutacaq komandaların hər bir üzvünə pul mükafatı, sponsorlardan hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.

Jurnalistlər arasında şahmat çempionatı ilk dəfə olaraq komanda şəklində baş tutacaq. İki nəfərdən ibarət olacaq komandalar püşk nəticəsində müəyyənləşib. Turnirin yarış günləri 9 və 16 iyulda təşkil olunacaq.

Bənzər yazılar

Back to top button