Cəmiyyət

DYP 7 il əvvəl ölən adamın adına radar cəriməsi göndərdi – VİDEO

İsmayıllıda 7 il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib.

AzToday.az xəbər verir ki, bu barədə “Xəzər Xəbər”in reportajında bildirilib.

Vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyunun 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb və o, 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirib ki, bu hadisə onu çox narahat edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı mövcud olmadığından həmin elektron protokol eyni nömrədə olan nəqliyyat vasitəsinin sürücüsünün adına qeydiyyata alınıb. Sonradan bu texniki səhv aradan aldırılıb.

Bənzər yazılar

Back to top button