İqtisadiyyat

Türkmənistan Transxəzər qaz kəmərinin tikintisinə təşəbbüs göstərir

Aşqabadda “Türkmənistan neft və qazı – 2022” beynəlxalq sərgi və konfrans açılıb.

Trans Caspian Resources, Inc”şirkəti Türkmənistan və Azərbaycan arasında 78 kilometrlik Transxəzər qaz kəməri ideyasını təqdim edib, yerli KİV bildirib.

Trans Caspian Resources, Inc məşvərət komitəsinin direktoru Natali Kostello bildirib ki, ideya Türkmənistanın mövcud dəniz platformalarının Azərbaycandakı eyni platformalarla birləşdirilməsindən ibarədir.

“İldə 10-12 milyard kubmetr buraxılış gücündə olan bu qaz kəməri Türkmənistanda hasil edilən qazı “Cənub” qaz dəhlizilə birləşdirəcək”, – o deyib.

Öz növbəsində, “Türkmənqaz” Dövlət Konserninin rəhbəri Batır Amanov Türkmənistanın Avropaya qaz nəql istəyini bildirib.

Xatırladaq ki, bütün Xəzəryanı ölkələr tərəfindən qəbul edilmiş Xəzərin statusu haqqında Konvensiyaya əsasən, sahilyanı ölkələr arasında boru kəmərinin çəkilişi onların özlərilə razılaşdırılır. Boru kəməri yüksək ekoloji standartlara cavab verməlidir.

Türkmənistanda kəşf edilmiş təbii qaz ehtiyatları 16 trilyon kubmetrdir.

Avropanın təbii qaza olan illik tələbatı 470 milyard kubmetrdir. Hər il bu həcmin 200 milyard kubmetrə qədərini Rusiya nəql edirdi. 109 milyarddan çoxu Norveç, 38 milyardı Niderland, 16 milyard kubmetrə yaxını Azərbaycan nəql edir.(Turan)

Bənzər yazılar

Back to top button