Siyasət

Füzuliyə daha 88 nəfər qayıdıb

Bu gün səhər “Qobu Park-3” yaşayış kompleksindən 21 ailə -88 nəfər Füzuli şəhərinə yola düşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir ki, ailələr yeni tikilmiş çoxmənzilli binalarda mənzillə təmin olunub.

Beləliklə, Füzuliyə qayıdan ailələrin ümumi sayı 165-ə (602 nəfər) çatıb.

Füzuli rayonu 1993-cü ilin avqustunda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

2023-cü ilin oktyabrında 44 günlük müharibə zamanı Azərbaycan ordusu rayonu işğalçılardan azad etdi.

Bənzər yazılar

Back to top button