İdman

“Mançester Yunayted” Ronaldunu bu şərtlə satacaq

“Mançester Yunayted” ulduz futbolçusu Kriştianu Ronaldunu satmağa hazırdır. Lakin “qırmızı şeytanlar”ın şərti var.

Fanat.az ESPN saytına istinadən xəbər verir ki, qeyri İngiltərə klub hücumçunun həftəlik 500 min funt sterlinqlik olan maaşının son 12 ayını öz üzərinə götürsə, “Mançester Yunayted” Ronaldunu satmağa razı olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldu artıq transfer pəncərəsində klubu tərk etmək arzusunu klub rəhbərliyinə bildirib.

“Roma” və “Bayenr Münhen” portuqaliyalı ulduzu heyətinə qatmaq niyyətində olan klublardandır. İngiltərə klublarından isə “Çelsi” Ronaldunu transfer etmək arzusundadır.

Xatırladaq ki, İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran “Mançester Yunayted” Avropa Liqasında çıxış edəcək. Ronaldu isə Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyir.

Bənzər yazılar

Back to top button