Siyasət

Ceyhun Bayramov İran prezidentilə görüşüb

İyulun 4-də Tehranda rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Görüş zamanı iqtisadi və siyasi sahələrdə ikitərəfli münasibətlərin inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

İRNA agentliyinin məlumatına görə, Rəisi Azərbaycan prezidentinin Tehrana səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini bildirib.

Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Bayramov iki prezidentin görüşlərinin və Aşqabadda əldə olunan razılaşmaların vacibliyini qeyd edib.

Bayramov energetika, nəqliyyat sahələrində ikitərəfli layihələrin əhəmiyyətini, xüsusilə də Şərqi Zəngəzur regionu və Naxçıvan arasında İran vasitəsilə yeni kommunikasiyaların yaradılmasını qeyd edib.

O, işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin reallaşdırıldığını vurğulayıb.

Görüşdə həmçinin regionda vəziyyət, təhlükəsizlik və sabitliyin təmin olunması üçün region ölkələrinin əməkdaşlığının əhəmiyyəti müzakirə olunub.

Bənzər yazılar

Back to top button