Dünya

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşdü

İtaliyanın Baş naziri Mario Draqi Türkiyədə rəsmi səfərdədir.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankarada İtaliya hökumətinin başçısını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

Məlumata əsasən, Türkiyə Prezidenti və İtaliyanın Baş naziri iqtisadi əməkdaşlıq üzrə Türkiyə-İtaliya hökumətlərarası komissiyasının üçüncü iclasına sədrlik edəcəklər.

Həmçinin müzakirə iştirakçıları strateji tərəfdaş və NATO üzrə müttəfiq olan iki ölkə arasında münasibətlərin vəziyyəti və perspektivlərini nəzərdən keçirəcəklər.

Bənzər yazılar

Back to top button