İdman

“Azarkeşlər Ronalduya öyrəşiblər, amma…” – Vinisius Junior

Real Madrid”in vingeri Vinisius Junior İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan “Barselona” ilə səfər matçında qazandıqları qələbəni (2:1) dəyərləndirib.

Fanat.az xəbər verir ki, “Marca” onun dediklərini belə çatdırıb:

“Meydanda döyüşürüksə, hər oyunda qalib gələ bilərik. Bu gün ikinci hissədə yaxşı oynadıq, oyuna nəzarət etdik. Bunun baş verəcəyini, Cudun yenidən bizim üçün iki qol vurmaq şansı olacağını bilirdim.

İnanılmazdır, Cud həmişə ortaya fərq qoyur. Azarkeşlər Kriştianu Ronalduya öyrəşiblər, amma indi heyətimizdə Bellingem var. Biz həmişə meydanda və meydandan kənarda birlikdəyik. Düşünürəm ki, komandamızın bu birliyi bizə müdafiəyə qayıtmağa və bir-birimiz üçün oynamağa imkan verir. Çox sayda qələbələr qazanmaq istəyən yaxşı komandanı formalaşdıran əsas məqam budur”.

Qeyd edək ki, fasiləyə məğlub yollanan “Real”ın hər iki qolunu Cud Bellingem vurub.

Bənzər yazılar

Back to top button