Dünya

Ukraynadakı müharibədə azərbaycanlı həlak oldu – FOTO

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.

Yeniavaz.com xəbər verir ki, əslən Masallının Mahmudavar kəndindən olan Qasımov Pənah Şair oğlunun həlak olması barədə yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilir ki, Pənah Qasımov bir neçə il öncə Rusiyanın Çelyabinsk şəhərinə köçüb və ailəsi ilə orada yaşayıb. Müharibə başlayandan sonra isə Ukraynadakı əməliyyatlara cəlb olunub.

Bənzər yazılar

Back to top button