Hadisə

Daha bir səki parkinqə çevrildi – FOTO

Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində səkinin ərazisi avtomobil parkinqinə çevrilib.

AzToday.az xəbər verir ki, bu barədə “Bakı Gündəliyi” səhifəsi paylaşım edib.

“Hər marketə bir parkinq. Biri də Ceyhun Hacıbəyli küçəsində”, – paylaşımda bildirilib.

Xatırladaq ki, daha əvvəl Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması faktı qeydə alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığından sonra parklanma yeri ləğv edilib, yerində yaşıllıq salınıb.

Bənzər yazılar

Back to top button