DünyaSiyasət

ABŞ və müttəfiqləri idman tədbirlərində Rusiya və Belarus bayraqlarını qadağan etməyə çağırırlar

ABŞ və müttəfiqləri çərşənbə axşamı bir daha beynəlxalq idman ictimaiyyətini Rusiya və Belarus idman təşkilatlarının fəaliyyətini dayandırmağa və Rusiyalı və Belaruslu şəxsləri idman ictimaiyyətində vəzifələrdən kənarlaşdırmağa çağırıb.

“Milli və beynəlxalq idman təşkilatları Rusiya və Belarus ərazisində idman yarışlarının yayımlanmasının dayandırılması məsələsini nəzərdən keçirməlidir”, deyə Dövlət Departamentinin 30-dan çox ölkənin nümayəndələri ilə birgə bəyanatında bildirilir. “Rusiya və Belarusun dövlət bayraqları, gerbləri və himnləri isə qadağan edilməlidir”.

“Bundan başqa, biz beynəlxalq idman ictimaiyyətini bir daha mümkün olan hər yerdə Ukrayna idmanını dəstəkləməklə Ukrayna xalqı ilə həmrəyliyini nümayiş etdirməyə çağırırq”, deyə bəyanatda bildirilir.

Dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Baliyə – İndoneziyaya gedir. O, qlobal problemlərin, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqədar beynəlxalq nizam-intizam üçün mövcud olan təhlükə məsələsinin həlli üçün Çinli həmkarı və digər beynəlxalq tərəfdaşları ilə görüşəcək.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays çərşənbə günü keçirilən brifinqdə Turan-ın müxbirinə bildirib ki, Blinken Balidə Sergey Lavrovla görüşməyəcək.

“Dövlət katibi Blinken və xarici işlər naziri Lavrov arasında hər hansı görüş keçiriləcəyini gözləmirəm”, deyə o bildirib.

Onun sözlərinə görə, G20 XİN başçıları Rusiyanın Ukraynaya hücumuna qarşı olduqlarını bildirəcəklər.

Bənzər yazılar

Back to top button