İdman

Kriştianu Ronaldu yenə məşqə gəlmədi – SON DURUM

Kiştianu Ronaldu bu gedişlə “Mançester Yunayted”i tərk edəcək.

Fanat.az xəbər verir ki, MY-nin iyulun 4-də keçirilən çalışmalarına qatılmayan 37 yaşlı portuqaliyalı ulduz “qırmızı şeytanlar”ın dünən baş tutan məşqində də olmayıb.

İnformasiyanı şəxsi “Tvitter” hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə futbolçunun ailə vəziyyətini əsas gətirərək ardıcıl iki məşqdə iştirak etmədiyini bildirib. Ronaldunun agenti Jorje Mendeşin müxtəlif təklifləri nəzərdən keçirdiyi, ona münasib iş yeri axtardığı vurğulanıb. Xəbərə görə, “7 nömrə” hazırda Portuqaliyadadır və fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, Ronaldu ötən mövsüm MY formasıyla bütün turnirlərdə 38 maça çıxaraq 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button