İdman

“Yuve” avrokuboklardan çəkilir, amma istəyir ki…

“Yuventus” maliyyə fırıldaqları qalmaqalına görə avrokuboklardan uzaqlaşdırılması ilə bağlı UEFA ilə danışıqlar aparır.

Aut.az “Tuttosport”a istinadən xəbər verir ki, Turin klubu UEFA ilə müqavilə bağlamağa və Konfrans Liqasında çıxış etməli olduğu 2023/24 avrokubok mövsümünü buraxmağa hazırdır.

“Yuventus” bunun müqabilində UEFA-dan potensial lisenziyalaşdırma və maliyyə feyr-pley pozuntuları hallarına xitam verməsini gözləyir.

“Yuventus” 2022/23 mövsümünü A Seriyasında yeddinci yerdə başa vurub. Komandanın 10 xalı silinib.

Bənzər yazılar

Back to top button