İdman

BUNDESLİQA: Futbolçular maskada oynayacaq, 15 dəqiqədənbir fasilə olacaq

Almaniya Əmək Nazirliyi koronavirus pandemiyası səbəbindən futbol matçları üçün yeni, qabaqlayıcı tədbirlər hazırlayır.

Fanat.az “Spiegel”ə istinadən xəbər verir ki, nazirlik aşağıdakı qaydalara əməl edilməsini həyata uyğun sayır:

1. Oyunçulara matçın gedişində maskaya toxunmaq qadağan ediləcək.

2. Maskanın oyun epizodları zamanı üzdən düşməsinə icazə verilməyəcək.

3. Hər 15 dəqiqədənbir oyun dayandırılacaq, futbolçuların rahat nəfəs almasına və maskaları dəyişməsinə şərait yaradılacaq.

4. Fasilələr zamanı futbolçular bir-birindən azı 1,5 metr uzaqlıqda dayanacaq.

5. Hakimlər laızmsız toxunuşlara görə oyunçuları cəzalandıra biləcək. Məsələn, qol vurandan sonra qucaqlaşdıqlarına görə.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button