Siyasət

Milli Məclis ABŞ Senatına cavab verib

Noyabrın 21-də Azərbaycan Milli Məclisi ABŞ Senatının əvvəllər qəbul etdiyi S. 3000 qanunu (erməniləri müdafiə aktı) ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda Azərbaycan əleyhinə akt pislənilir və Cənubi Qafqazdakı proseslərlə bağlı “obyektiv” mövqe tutmağa çağırılır.

“Azərbaycan parlamenti ABŞ Senatının 15 noyabr tarixli qərarını rədd edir. Vaşinqtonun bu kimi addımları regionda sülh, sabitliyə zərbə vurur.

ABŞ-ın təcavüskar Ermənistana dəstəyi Azərbaycan torpaqlarını işğal etməyə yardım edib.

30 il ərzində ABŞ işğalçı Ermənistana qarşı heç bir sanksiya qəbul etməyib, əksinə, maliyyə yardımı ayırıb, yüksək səviyyəli görüşlər təşkil edib

Amerika tərəfinin bu kimi addımları ABŞ-ın Azərbaycan cəmiyyətində nüfuzuna zərər yetirib. ABŞ 907-ci düzəlişlə Azərbaycana qarşı 1992-ci ildə etdiyi səhvi təəssüf ki, yenidən etmiş olub”, – bəyanatda vurğulanıb.

ABŞ Qarabağdakı separatçı rejimi də dəstəkləyib. ABŞ-ın vasitəçi kimi bugünkü hərəkətləri Azərbaycan cəmiyyətində etimadını itirməsilə nəticələnib, Amerikanın xarici siyasəti isə son illərdə tamamilə iflasa uğrayıb. Bunu ABŞ-ın Yaxın Şərq və Əfqanıstandakı siyasəti sübut edir.

“Milli Məclis bir daha bəyan edir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prpinsiplərinə əsaslanaraq bütün mənfi adımlara qətiyyətlə reaksiya verəcək”, – bəyanatda deyilir.(Turan)

Bənzər yazılar

Back to top button