İdman

Salah azarkeşlərdən üzr istədi

Misir millisinin futbolçusu Məhəmməd Salah DÇ-2018-dəki uğursuz çıxışlarına görə azarkeşlərdən üzr istəyib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı o bildirib: “Bizi dəstəkləməyə gələn bütün misirlilərdən üzr istəyirəm. Bilirəm ki, indi onlara ağırdır. Misir millisi 28 ildən sonra ilk dəfə dünya çempionatında iştirak etdi. Bəzi oyunçularda kifayət qədər təcrübə yox idi. Biz 2022-ci ildə qayıdacağıq”.

Qeyd edək ki, Misir A qrupunu 0 xalla 4-cü pillədə başa vurub.

Bənzər yazılar

Back to top button