DünyaSiyasət

Paşinyan geri çəkildi: “Sülh danışıqlarının alternativi yoxdur”

“Münaqişənin gücə əsaslanan həlli və sülh danışıqlarına alternativ yoxdur”.

Qaynarinfo MK.ru-ya istinadla xəbər verir ki, bu sözlər işğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə Avroasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasında Azərbaycanla toqquşmalarla bağlı bəyanatda yer alıb.

O əlavə edib ki, bu, bütün bölgə xalqlarının maraqlarına uyğundur.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə qarşıdurmalar iyulun 12-də Gürcüstanla həmsərhəd olan Tovuz və Tavuş rayonlarında başlayıb. Azərbaycan sərhədinə hücum edən Ermənistan hərbi birləşmələri ağır itkilər verərək geri oturdulub.

Bənzər yazılar

Back to top button