Siyasət

Putin və Paşinyan üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər

Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə çərşənbə günü axşam Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının praktiki aspektlərinin müzakirəsi davam edib.

O cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nikol Paşinyan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumat verib”, – məlumatda deyilir. (Turan)

Bənzər yazılar

Back to top button