İdman

Ronaldodan 8 rekord!

“Real”ının superulduzu Kriştiano Ronaldo Çempionlar Liqasının tarixində 8 rekorda imza atıb.

Fanat.Az-ın məlumatına görə, “Liverpul” üzərindəki 3:1 hesablı qələbə onun ardıcıl 3-cü dəfə yarışın qalibi olması ilə nəticələnib.

Ümumilikdə isə yarışın beşqat qalibi adına yiyələnən Ronaldo bu göstəricidə də Avropada rəqib tanımır.

Portuqaliyalı Çempionlar Liqasında ən çox qol vuran (120), ən çox qələbə qazanan (97) futbolçudu. Kriştianu bir mövsümdə (17), bir təqvim ilində (19), ardıcıl oyunlarda (11) vurduğu qollarla da hamıdan öndədi. 7-ci dəfə yarışın bombardiri olmaqla da rekord vuran portuqaliyalı hamıdan çox – 3 finalda rəqib qapısına yol tapıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button