ManşetSiyasət

Metyu Miller: “Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqə saxlamayacağıq”

Çərşənbə axşamı Birləşmiş Ştatlar həm ikitərəfli münasibətlər, həm də dünyadakı vəziyyətlə bağlı narahatlıqlarını çatdırmaq üçün Azərbaycanla qarşılıqlı əlaqəni davam etdirəcəyini bəyan edib. “Biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı”, – deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə TURAN-ın dövlət katibinin köməkçisi Ceyms O’Brayen-in Bakıya səfəri ilə baglı sualına deyib.

“Azərbaycanla bütün diplomatik əlaqələrimizdən imtina etsək, bu, regionda sülh və təhlükəsizliyin maraqlarına zidd olardı”, – sözçü əlavə edib. O’Brayen bu axşam Bakıya gələcək. “Onun sabah görüşləri var. Mən diplomatik danışıqlar baş verməmişdən əvvəl onlara toxunmamalıyam”, – Miller deyib. “Biz narahatlığımızı aydınlaşdırmaq üçün həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqə saxlamağa davam edirik. Biz jurnalistlərin saxlanılması ilə bağlı son tendensiyadan narahatıq və insan hüquqlarına və əsas azadlıqlara hörmət etməyə çağırmaqda davam edirik”, – Miller davam edib. “Biz həmçinin Azərbaycanı Ermənistanla davamlı sülhə çağırmaqda davam edirik. Bu, diplomatik təmaslarımızın mərkəzində qalacaq bir şeydir”. Dövlət katibinin köməkçisinin Azərbaycanda davam edən media repressiyaları məsələsini qaldırıb-qaldırmayacağı ilə bağlı suala Miller diplomatik danışıqlar baş tutana qədər şərh verməkdən çəkinib.(Turan)

Bənzər yazılar

Back to top button