Siyasət

Alqış Həsənoğlu real simasını ortaya qoyur

Yenidən baş redaktor təyinatı şübhəli olan, YAP-ın nüfuzuna xələl gətirən bu şəxsin hələ də “Yeni Azərbaycan”a rəhbərlik etməsi paradoksal haldır

Ötən ilin sentyabrında yeniləşən hakim partiyanın yeni İdarə Heyəti nədənsə özünün əsas təbliğat maşını olan “Yeni Azərbaycan” qəzetinə gənc və yeni sima deyil, jurnalistlər arasında mənfi imici ilə tanınan və vəzifəsindən biabırçı şəkildə uzaqlaşdırılan keçmiş baş redaktor Alqış Musayevi təyin etdi. Təyin edildikdən dərhal sonra guya 5-6 aya qəzeti ölkənin “N1”-ə çevirəcəyi barədə iddia ilə çıxış edən Alqış Həsənoğlunun ilk işi pandemiya dövründə tənha qadın və əlil əməkdaşlar da daxil olmaqla, peşəkar jurnalistlərə işdən çıxmaq üçün ərizə yazdırmaq olan baş redaktorun artıq 9 ayda 9 nəfəri işsiz qoymaqdan başqa, heç nəyə nail olmadığı ortadadır.

Bununla belə, sıravi YAP-çılar belə 2008-də fəaliyyəti YAP İdarə Heyəti tərəfindən qeyri-qənaətbəxş hesab edilən, 2016-cı ildə yaratdığı sayta nüfuz qazandıra, onun fəaliyyətini davam etdirib yaşada bilməyən bir şəxsin qəzetə yenidən rəhbər təyin edilməsinin səbəblərini anlamaqda çətinlik çəkirlər. Əslində yenidən baş redaktor təyin ediləndən sonra vəzifə səlahiyyətlərini aşaraq, Azərbaycan qanunlarına hörmətsiz yanaşaraq, əmək qanunvericiliyini pozaraq Yeni Azərbaycan Partiyasının nüfuzuna xələl gətirən bu şəxsin hakim partiyanın ideoloji xəttinin təbliğində iştirak etməsi doğrudan da paradoksal haldır.

Ötən dövr ərzində hakim Yeni Azərbaycan Partiyasının ciddi simasının əksinə olaraq, qəzeti sarı mətbuata çevirmək cəhdləri, hətta bir çox hallarda partiyanın siyasətinə zidd olaraq, rəhbərliyin tədbirlərini işıqlandırmaqdan da boyun qaçırmaq kimi addımları ilə özünü daha da pis vəziyyət salan Alqış Həsənoğlu bu ayın əvvəlində, 5 may 2022-ci ildə bir daha “Yeni Azərbaycan”a rəhbərlik etməyə layiq olmadığını sübut etdi. Belə ki, xüsusi karantin rejiminin davam etdiyi dövrdə İstanbulda yaşayan iş adamı Mübariz Mənsimovdan müsahibə almaq üçün məxsusi olaraq iki əməkdaşını Türkiyəyə göndərən Alqış Musayev müsahibə dərc edildikdən sonra nə qəzet rəhbərinə, nə də jurnalistə yaraşmayan addımları ilə özünü daha da biabır etdi.
2022_05_05_12_05.05.2022_SAYT 5
Söhbət təbii ki, söz və mətbuat azadlığına sadiq qalaraq Mübariz Mənsimovdan müsahibə alınması və onun dərcinin səhv addım olmasından getmir. Çünki 2003-cü ilə qədər qatı müxalifətçi olan, hazırda Sürixdə yaşayan birinin hakim partiyanın “Avropa bürosunun müxbiri” kimi özünü “Yeni Azərbaycan”da nümayiş etdirməsi hallarından sonra bu müsahibənin qəzetdə getməsi normal ola bilərdi. Normal olmayan Alqış Həsənoğlunun səhiyyəmizin inkişafı ilə sifət dəyişməyin adi əməliyyatlardan birinə çevrildiyi günümüzdə möcüzəvi şəkildə son 1 ay ərzində nümayiş etdirdiyi “performans”dır.

2022_05_07-YA

Məsələnin məğzi ondan ibarətdir ki, Alqış Həsənoğlunun rəhbərlik etdiyi qəzetin Mübariz Mənsimovdan müsahibəsi olan 05.05.2022-cil tarixli sayı satışdan, müsahibənin elektron variantı saytdan yığışdırılıb (Amma nədənsə, PDF formatı saytda qalıb). Bu azmış kimi, bundan bir gün sonra, qəzetin 07.05.2022-ci il tarixli sayında Alqış Həsənoğlu bir gün qabaq gen-bol şəkildə tribuna verdiyi M.Mənsimovun əleyhinə şəxsən “Mübariz Mənsimov, əslində, kimdir?” adlı palaz boyda köşə yazıb. Bu azmış kimi, ondan sonra həftədə bir dəfə qəzetdə M.Mənsimovun əleyhinə yazılar verməyə başlayıb. Belə ki, həmin səpkidə imzalı və imzasız yazılar seriyası (https://www.yeniazerbaycan.com/Analitik_e69042_az.html (07.05.2022), https://www.yeniazerbaycan.com/Analitik_e69261_az.html, (13.05.2022), https://www.yeniazerbaycan.com/Analitik_e69441_az.html, 18.05.2022) may ayı boyunca qəzetin saytını və səhifələrini bəzəyir, nə vaxta qədər davam edəcəyi də bilinmir.

Beləliklə, yenidən baş redaktor təyinatı hələ də şübhəli olan “Yeni Azərbaycan”a rəhbərlik edən şəxs illərdir guya prinsipiallığına və Ramiz Mehdiyevə tabe olmadığına görə “cəzalandırıldığı” barədə rəy yaratmağa çalışsa da, real kimliyini ortaya qoymağa davam edir. Bu məqamda düşünürsən ki, M.Mənsimovu bu gün öyüb, ertəsi gün söyən A.Həsənoğlu onun məlum müsahibədə səsləndirilən müsbət keyfiyyətlərindən birini belə əxz etməsə də, heç olmasa ondan əsl rəhbərin necə ola biləcəyini nümunə götürsəydi, yaxşı olardı…

Etibarlı mənbədən aldığımız məlumata görə, müsahibə dərcindən sonra M.Məsimova suallar ünvanlayan müxbir işdən uzaqlaşdırılsa da, müsahibənin təşkilatçısı və ilin-günün bu vaxtında onunla İstanbula təyyarə ilə birlikdə uçan redaktor hazırda yenə də qəzetdə hakimi-mütləqdir və baş redaktorun qanuna zidd əməllərinin əsas dirijoru rolunda çıxış edir…

Əldə etdiymiz daha bir məlumata görə, özünün qəzetdə “ikinci dalğa” hakimiyyətinin başlanğıcından Alqış Həsənoğlu, misal gətirdiyimiz nümunə də daxil olmaqla, qabağa düşmək istəyərək, real jurnalistikaya zidd olan və mətbuatımıza xas olmayan metodlarla çalışmağa üstünlük verir. Həmin “hoqqa”larının üstü açılsa, Alqış Həsənoğlunun yenidən vəzifəyə gətirilməsində və onun kreslosunu qorumasında rol oynayan şəxs də bu dəfə özünü kənara çəkə bilər…

Mövzu ilə əlaqəli yazılar:

https://www.aztoday.az/news/178249.html
https://www.aztoday.az/news/169051.html
https://www.aztoday.az/news/166286.html

Bənzər yazılar

Back to top button