Siyasət

Azərbaycanın xarici işlər naziri Ermənistanla sülh məsələsində nikbinlik nümayiş etdirmir

Ermənistanla sülh sazişinin bağlanması ilə bağlı danışıqlarda elə bir irəliləyiş yoxdur. Bu barədə cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hələlik “diskussiyalar”gedir.

O, bunu erməni cəmiyyətində “revanşist əhval-ruhiyyə”nin olması ilə izah edib. “Lakin başa düşməlidirlər ki, regionda uzunmüddətli sülhə alternativ yoxdur”, – Bayramov deyib.

O, sərhədlərin delimitasiyası məsələsinə toxunaraq qeyd edib ki, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının vaxtı müəyyənləşdirilməyib Ceyhun Bayramov hesab edir ki, ümumilikdə bu proses uzundur və asan olmayacaq. (Turan)

Bənzər yazılar

Back to top button