İdman

Argentina Messinin het-triki sayəsində Haitini məğlub edib – VİDEO

Futbol üzrə Argentina yığması Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşündə Haiti üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, görüşdə qolların üçünü Lionel Messi (17, 58, 66-cı dəqiqələrdə) və Serxio Aquero (69) vurub.

Messi ilk qolunu penaltidən reallaşdırıb.

Argentina yığması Rusiyada keçiriləcək Dünya çempionatına hazırlıq çərçivəsində daha bir yoldaşlıq matçını iyunun 9-da İsrailə qarşı keçirəcək.

https://youtu.be/h_ovJgyln6A

Bənzər yazılar

Back to top button