Cəmiyyət

Azərbaycanın bütün güc qurumlarının əməkdaşlarının maaşları artırılıb

Dekabrın 23-də prezident İlham Əliyev ölkənin güc idarələrinin hərbçiləri və mülki əməkdaşların vəzifə maaşlarının artırılması barədə fərman imzalayıb.

Belə ki, 1 yanvar 2022-ci ildən Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi və Dövlət Miqrasiya Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəli şəxslərin və mülki əməkdaşların vəzifə maaşları 20 faiz artırılacaq.

Bənzər yazılar

Back to top button