Dünya

Yaponiyanın sabiq baş naziri çıxış edərkən güllələndi – VIDEO

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe güllələnib.

Yeniavaz.com NHK-ya istinadla xəbər verir ki, hadisə sabiq baş nazir ölkənin qərbindəki Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən baş verib.

Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno jurnalistlərə Abenin vəziyyətini bilmədiyini deyib.

Matsuno Abenin təxminən saat 11:30-da (Bakı vaxtı ilə 06:30) vurulduğunu bildirib.

Yapon polisi sabiq baş nazirin ov tüfəngi ilə arxadan vurulduğunu açıqlayıb. Qeyd olunub ki, hadisə yerində olan jurnalist “iki dəfə silah səsi eşitdiyini” deyib. Fövqəladə hallara nəzarət edən qurumun yerli idarəsi isə 67 yaşlı Abenin “həyati əlamətlər göstərmədiyini” bildirib.

Abenin küçədə yıxılmasını və bir neçə mühafizəçinin ona tərəf qaçmasını göstərən görüntülər yayımlanıb.

Şinzo Anenin yıxılarkən köynəyi qana bulaşmış halda sinəsini tutmasını əks etdirən foto da var.

Bənzər yazılar

Back to top button