Dünya

Güllələnən sabiq baş nazirin öldüyü xəbəri yayıldı

Ölkənin qərbindəki Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən güllələnən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldüyü xəbəri yayılıb.

Yeniavaz.com xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Nadim Zahavi sosial şəbəkə hesabındakı paylaşımında onun ölümündən təəssüfləndiyini bildirib:

“Yaponiyadan ürək ağrıdan xəbər var. Baş nazir Şinzo Abe hücum edən şəxs tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişib. Biz siyasətə xidmət etmək və dünyanı daha yaxşı bir yerə çevirmək üçün giririk, yaxşı bir insan bu nəcib məqsəd uğrunda həyatını itirdi. Əbədi hüzur içində yatsın”.

Qeyd edək ki, Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ölkənin qərbindəki Nara şəhərində seçki kampaniyası zamanı çıxış edərkən güllələnib. Yaponiyanın “NHK” telekanalı eks-nazirin vurulmasının anbaan görüntülərini də yayıb.

Bənzər yazılar

Back to top button