GündəmHadisəManşet

Jurnalistin həbsinin detalları… – “Hürriyyət”in bölgə müxbiri Azər Allahverdiyevin açıqlaması…

“Demokratik” saytının redaktoru Osman Rzayevin Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin şikayəti əsasında tutulması iddiası haqda yeni informasiyalar əldə etmişik.

06.07.2022 ci il tarix də Göygöl Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyev mənə zəng edərək bildirdi ki, demokratik.az saytının redaktoru Osman Rzayev, Gəncə Şəhər region İdarəsinin rəisi Anar Qədiməliyevin ərizəsi əsasında, Göygöl polis şöbəsində saxlanılıb.

Vasif Əliyevin bildirdiyinə görə, Osman Rzayev 1500 manat pul tələbi əsasında saxlanılıb.

“Mənə də səhər saatlarında işə gələrkən bu barədə məlumat verilib”, – deyə direktor bildirdi.

Sonradan aydın oldu ki, Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayevin) həbsi Göygöl rayon Mərkəzi Rayon Xəstəxanasının direktoru Vasif Əliyevin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əlikömək Alıyevin və həmin xəstəxananın həkimi Rəşad Əkbərovun, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məmmədovun təşəbbüsü ilə olub.

Adları çəkilən 4 nəfərin şikayəti əsasında Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.

Qeyd edək ki, həbs olunan Demokratik.az saytının redaktoru Osman Rzayev haqqında qaldırılan Cinayət Məcəlləsinin 182-ci maddəsi ” Hədə‐qorxu ilə tələb etmə”dir.

182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə.

Bu maddəyə əsasən, ittiham olunan şəxs üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.2. Eyni əməllər:

182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

182.2.2. təkrar törədildikdə;

182.2.3. zor tətbiq etmə ilə törədildikdə;

182.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

182.3. Eyni əməllər:

182.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

182.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

182.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə;

182.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə. Əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Demokratik.az saytının redaktoru Osman Rzayevin həbs olunması haqqında əsaslı arqument hələlik ictimaiyyətə açıqlanmayıb. Sadəcə, redaktorun Demokratik.az saytında yazılanlara istinadən şikayətçilərin ərizəsi haqqında saxlanılması haqqında məlumatlar var.

Belə ki, Demokratik.az saytında adları şikayətçi siyahısında olanların iş fəaliyyəti yoxlanılmadan belə bir qərarın verilməsi Osman Rzayevin həbsi ilə bağlı qaranlıq məqamların olduğunu ortaya qoyur və yeni suallar yaradır.

Daxili İşlər Nazirliyinin açıqlaması sadəcə şikayətçinin olması haqqında məlumatdır.

Söz azadlığının ictimailəşməsi, vəzifəli və ya digər şəxslər haqqında saytlarda, sosial şəbəkələrdə, qəzet və ictimayi kanallarda dərc olunması, “Hədə‐qorxu ilə tələb etmə” işgüzar nüfuzu ləkələyirsə, aidiyyəti üzrə adı çəkilən vəzifəli şəxslərin, digər vətəndaşların iş fəaliyyəti tabe olduğu və digər orqanlar tərəfindən manitorinq olunması, yazıda dərc olunan cümlələrin araşdırılması zərurəti yaranır. Bunun nəticəsində qərara gəlmək olar ki, yazılanlar ya absuddur, ya da həqiqət.

Belə bir hal olmadığı halda çəza tədbiri görülməsi, həbs olunan şəxsin hüququnun gobud şəkildə pozulmasıdır.

Bənzər yazılar

Back to top button