GündəmHadisəManşet

Azərbaycanda daha bir jurnalist təhdid edildi

Jurnalist Əziz Orucov naməlum şəxslər tərəfindən təhdid olunduğunu bildirib.

Jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Dünən saat 19:00 -19:30 radələrində ailəlikcə şəhərə çıxdıq. Sahil Bağına təzəcə çatmışdıq ki, bizə hündür boylu, 30-35 yaşlarında bir nəfər yaxınlaşdı və əvvəlcə uşağı öpürmüş kimi davrandı daha sonra mənə tərəf çöndü, adamı əvvəllər də sanki müxtəlif yerlərdə dəfələrlə görmüşəm ama xatırlaya bilmədim. Mənə baxaraq soruşdu:

-Məni tanıdın?
– Yox tanımadım, amma tanış gəlirsən
-Mən səni yaxşı tanıyıram amma…
-Bəs sən kimsən?
-Bu uşaq olmasa bilərdin
-Anlamadım
-Hər şey qurban uşağa
-Allah sənin də balalarını qorusun
-Mən Allah zad tanımıram…
Ardınca Allahı təhqir edib mənə isə xəbərdarlıq etdi!
-Bir də belə eləsəniz bilirsən nə olacaq!

Bunu deyib çıxıb getdi.
Bu adamın sifəti çox tanış gəldi ama bunu ancaq küçədə, yolda gördüyümü düşünürəm.

Mənim indiyədək kimsəylə şəxsi münasibət zəminində belə problemim olmayıb. Bu adamı göndərən, tapşırıq verən, öyrədən kimdir bilmirəm, bildiyim odur ki, ictimai yerdə, parkın ortasında, günün gün ortasında, məni təhdid elətdirirlər!

Bu hadisə daha əvvəl olsaydı boş verərdim, amma Tofiq Yaqubluya, Bəxtiyar Hacıyevə və Aytən Məmmədovaya qarşı törədilən cinayət hadisələrinin davamı olduğunu düşünürəm!

Məsələ ilə bağlı “bir də belə etsəniz bilirsən nə olacaq” deyərək məni təhdid edən şəxsin kim və ya hansı orqan tərəfindən göndərilməsi hələ də cəmiyyətimizdə kriminal ünsürlərin “hünər”indən xəbər verir! Tapılacağına və kimliyinin araşdırılacağına zərrə qədər inamım olmasa da bunu yazmaqla cəmiyyətimizi məlumatlandırmaq istədim!”

Xatırladaq ki, 9 may 2022-ci ildə tanınmış jurrnalist Aytən Məmmədovaya da hücum edilmişdi.

Bənzər yazılar

Back to top button