Cəmiyyət

Bazar günü Azərbaycanda havanın temperaturu +40 dərəcəyə yüksələcək

İyulun 10-da Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək, cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 33-38° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz keçəcək.

Havanın temperaturunun gecə 19-24° isti, gündüz 33-38° isti, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Bənzər yazılar

Back to top button