ManşetSağlamlıq

Türkiyənin məşhur professoru: Bu virus bizi tərk etməyəcək

Türkiyə Koronavirus Elm Şurasının üzvü deyir ki, illərlə evdə qalası deyilik, bu virusla yaşayacağıq

AzToday.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Koronavirus Elm Şurasının üzvü, professor Tofiq Özlü 1 iyunda başlayacaq normallaşma prosesi öncəsi xəbərdarlıqlar edib.

Özlünün “Youtube” hesabında etdiyi şərhdə, normallaşma prosesinin bütün dünyada başladığını və yoluxma sayının artmaması və epidemiyanın təkrar başlamaması üçün hamının gigiyena, maska və məsafə qaydalarına əməl etməli olduğunu vurğulayıb:

“Narahat olmağa haqlısınız. Əslində qayda dediyimiz çox sadədir. 7-dən 70-ə qədər hər kəs edə biləcəyi qədər sadədir: maska, sosial məsafə və gigiyena. Hamısını birlikdə tətbiq etməliyik ki, təsirli olsun. Bunu da özümüz tətbiq edəcəyik və etməyənləri xəbərdar edəcəyik”.

Normallaşma prosesinə başlamaq lazım olduğunu ifadə edən Özlü sözlərini belə davam etdirib: “Yalnız bizdə deyil bütün dünyada normallaşma prosesi həyata keçirilməlidir. Onsuz da bunu edirlər. Bu normallaşma prosesi təkcə bizdə deyil, bütün dünyada başladı. Bu virus bizi tərk etmir, tərk etməyəcək. Bu virusla yaşayacağıq. Əks təqdirdə, aylarla, illərlə il evdə qalası deyilik. Ancaq bunu edərkən bir daha virusa fürsət verməyəcəyik. Pandemiaynın yenidən başlamasına imkan verməycəyik. Bu mümkündür”.

Onun sözlərinə görə, müvafiq qaydalara riayət etmək şərti ilə istənilən normal həyata qayıda bilərik və hamımız yeni normaya alışacağıq.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button