İdman

“Barselona”dan Levandovski üçün son təklif

“Barselona” hücumçu Robert Levandovski üçün “Bavariya”ya son təklifini göndərib.

Qol.az “sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu Münhen təmsilçisinə 50 milyon avro təklif edib. “Barselona” “Bavariya”nın bu təklifi tez bir zamanda qəbul etməsini istəyir. La Liqa klubu polşa hücumçuya isə 3+1 illik müqavilə təklif edib.

Bildirilir ki, Levandovski mümkün qədər tez Kataloniya təmsilçisinə getməyi düşünür. Onun PSJ və “Çelsi” kimi digər klublardan aldığı təkliflərlə maraqlanmadığı vurğulanır.

Qeyd edək ki, Levandovski yeni mövsüm “Bavariya”da oynamaq istəmədiyini açıqlayıb. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır.

Bənzər yazılar

Back to top button