GündəmHadisə

İcra hakimiyyətinin qarşısında özünü yandıran qazi vəfat etdi

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Yeniavaz.com xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib.
Xatırladaq ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü Sabirabad Rayon İcra Hakimiyyətinin önündə yandırmışdı.

Qeyd edək ki, qazinin qardaşı, idmançı Elnur Cəfərovun sözlərinə görə, qardaşına qarşı icra hakimiyyətində haqsızlıqlar edilib. Canından bezən qazi sonda intihara əl atıb.

Bənzər yazılar

Back to top button