Hadisə

Siyəsən məhkəməsinin sədrini ifşa edən səs yazısı yayıldı – AUDİOFAKT

Azərbaycanda məhkəmə-hüquq sistemində mövcud olan problemlər haqqında zaman-zaman yerli mediada müxtəlif məlumatlar dərc edilir. Eləcə də sosial şəbəkələrdə insanlar məhkəmələrin müstəqil qərar qəbul etməməsi, süründürməçiliyə yol verməsi barədə fikirlər yazırlar. Belə fikirlərdən biri də İkinci qrup hərbi əlil, Prezident təqaüdçüsü Tural Tağızadə tərəfindən şəxsi sosial şəbəkə hesabında dərc edilib.

AzToday.az konkret.az-a istinadla xəbər verir ki, Tural Tağızadə Siyəzən rayon məhkəməsinin özbaşınalıqları barədə sübutlar təqdim edib. Şikayətçinin sözlərinə görə, Siyəzən rayon poliklinikasının işdən qovulan baş həkim əvəzi Elnaz Əlibəyovanın qanunsuz əməlləri haqqında aidiyyatı qurumlara müraciə edib: “Mən bu adamın qanunsuz əməlləri barədə lazımi qurumlara müraciət etdim və araşdırmalardan sonra həmin şəxs vəzifəsindən qovuldu. Bu qadının vəzifədə olduğu vaxtlarda digər şəxslərlə qrup təyin etməsi və işə götürmə məsələləri ilə bağlı səs yazısı mövcuddur. Əlimdə olan sübutları Siyəzən rayon məhkəməsinə təqdim etməyimə baxmayaraq haqlı iradlarımı qəbul etmədilər və adıçəkilən Elnaz Əlibəyovanın leyhinə qərar çıxardılar. Sanki bəzi məmurlar ölkəni xaosa sürükləməkdən ötəri bir-biriləri ilə yarışa giriblər”.

Tural Tağızadə fikirlərini belə davam etdirib: “Mən prosesdən öncə əleyhimə çıxarılacaq qərardan məlumatlı idim. Çünki Siyəzən məhkəməsinin sədri Bəylər Ələkbərov rayonda korrupsioner kimi tanınır. Əks halda belə qərar çıxarmazdı. Mən də çıxış yolu kimi sübutlarla məsələni ictimailəşdirmək qərarına gəldim. Bəylər Ələkbərov mənə qarşı haqsız qərar çıxardığını və əməlinə görə cavab verəcək. Onun haqqında aidiyyatı qurumlara rəsmi şikayətlər edəcəm. Məqsəd lazımi qurumları rəsmi olaraq məlumatlandırmaqdır”.

 

Bənzər yazılar

Back to top button