Dünya

Ağ Ev: İran Rusiyaya pilotsuz uçuş aparatları verəcək

Bazar ertəsi Ağ Ev Rusiyanın İrandan Ukraynadakı müharibədə istifadə etmək üçün döyüş PUA-ları da daxil olmaqla, yüzlərlə pilotsuz uçuş aparatı istədiyini bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Prezident Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, iranlılar “bu aydaca” ruslara pilotsuz uçuş aparatlarınan istifadə təlimi verməyə hazırlaşırlar. Hələlik onlarıın ruslara verilib-verilmədiyi məlum deyil.

“Bizdə olan məlumatlara görə, İran hökuməti Rusiyaya döyüş PUA-ları da daxil olmaqla, yüzlərlə PUA verməyə hazırlaşır”, deyə Sallivan bildirib.

Sallivanın bəyanatı prezident Baydenin Yaxın Şərqə səfərindən bir gün əvvəl səslənib. Səfər zamanı İranın nüvə proqramı və regionda zərərli fəaliyyəti əsas müzakirə predmeti olacaq. Bu gün axşam Bayden İsrailə və Səudiyyə Ərəbistanına səfərə gedəcək.

ABŞ-ın qiymətləndirmələrinə görə, Tehran Səudiyyə Ərəbistanına hücum üçün Yəmənli husi üsyançılara da bənzər PUA-lar verib.

Bayden Yaxın Şərqə səfəri zamanı Bayden həmçinin Rusiya nefti və qazı ilə bağlı sanksiyalardan sonra bahalaşan benzin qiymətlərinin aşağı salınması üçün OPEK ölkələrində neft hasilatının artırılması zərurətini də sübut etməyə çalışacaq, deyə Sallivan bildirib.

Onun sözlərinə görə, OPEK üzvlərinin neft hasilatının artırılması ilə bağlı “gələcək addımlar” atmaq imkanı var. “Hesab edirik ki, dünya bazarında dünya iqtisadiyyatının və Amerika istehlakçısının qorunması üçün adekvat təklif olmalıdır”, deyə Sallivan əlavə edib.

Bənzər yazılar

Back to top button