Dünya

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcək – Qriqoryan

Paşinyan və Erdoğan arasında telefon danışığı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində daha bir mühüm addımdır. Bu barədə İctimai Televiziyanın efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O qeyd edib ki, Ermənistanın baş naziri və Türkiyə prezidenti üçüncü ölkələrin vətəndaşları və yük daşımalar üçün sərhədlərin açlması məsələlərini ətraflı müzakirə ediblər. “Zənnimcə, gələcəkdə Ermənistan və Türkiyə vətəndaşları üçün də sərhədi açmaq mümkün olacaq”, deyən Qriqoryan əlavə edib ki, telefon söhbətində bu məsələlərdə necə daha intensiv irəliləyiş əldə edilə biləcəyi müzakirə olunub.

Türkiyə ilə sərhədlər yük daşımaları üçün açılsa Türkiyə biznesinin Ermənistan bazarını işğal edəcəyi haqqında iddiaları şərh edən Qriqoryan Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini iddia edib.

Ermənistan və Türkiyə nümayəndələrinin üçüncü ölkələrdə görüşməsinin səbəbləri haqqında suala cavabda Qriqoryan növbəti görüşlərin həm Ermənistanda, həm də Türkiyədə keçirilə biləcəyini bildirib. (Turan)

Bənzər yazılar

Back to top button