Dünya

İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü Tehranda keçiriləcək

İyulun 19-da prezident Vladimir Putin Tehrana yola düşəcək, orada İran və Türkiyə prezidentləri ilə danışıqlar aparacaq. Üçtərəfli görüş Suriyadakı vəziyyətin müzakirəsi çərçivəsində baş tutacaq. Bu barədə iyulun 12-də keçirilən brifinqdə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Tehranda Suriya nizamlanması üzrə zamin dövlətlərin liderlərinin görüşü keçiriləcək”, deyə Peskov Putinin Rəisi və Erdoğanla ikitərəfli görüşlər də keçirəcəyini qeyd edib. (Turan)

Bənzər yazılar

Back to top button