İdman

Ronaldo bir günə “Əl-Nəsr”ə 2,5 milyon izləyici qazandırdı

Kriştiano Ronaldonun “Əl Nəsr”ə transferi bu kluba marağı xeyli artırıb.

Qol.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi dünən transferi rəsmən açıqladıqdan sonra onun İnstaqramdakı rəsmi səhifəsinə böyük axın olub. Bu transferə qədər “Əl Nəsr”in instaqramda izləyici sayı 2 milyon idisə, hazırda bu rəqəm 4,5 milyona çatıb.

Klubun Ronaldonun transferi ilə bağlı paylaşımına isə 27 milyondan çox bəyənmə gəlib.

Bənzər yazılar

Back to top button