İdman

“Qvardiola qorxaq, amma fantastik məşqçidir”

Əfsanəvi veteran futbolçu Zlatan İbrahimoviç Pep Qvardiola ilə uzun müddətdir davam edən münaqişəsindən danışıb.

Fanat.az xəbər verir ki, futbolçu karyerasını bu il başa vuran isveçli ulduz Piers Morgana müsahibəsində “Mançester Siti”nin baş məşqçisi barədə belə deyib.

“O qorxaq idi, çünki mənimlə birbaşa qarşılaşmaq istəmirdi. Problemləri həll etmək üçün “adamları”ndan istifadə edirdi. Heç vaxt mənimlə görüşmək istəmirdi. Hətta Mançester derbisində məndən qaçdı. Onun sözlərini mənə çatdıran bir dostu var idi…

Amma etiraf etməliyəm ki, o, oyunu istənilən vaxt dəyişə bilən fantastik məşqçidir”.

Bənzər yazılar

Back to top button