Siyasət

Türkiyə və Ermənistan quru sərhədinin açılmasına hazırlaşırlar

Artıq 20 gündür ki, Ermənistan-Türkiyə sərhədində, Qars ərazisində İsrail şirkətinin iştirakı ilə minalardan təmizləmə işləri aparılır. Bu barədə Türkiyənin GazeteKars nəşri bildirib.

İyulun 1-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıç quru sərhədinin açılmasına dair razılığa gəliblər.

Rubinyan “Azadlıq” radiosuna müsahibəsində əldə edilmiş razılaşmanın tezliklə həyata keçiriləcəyini təsdiqləyib.

Xatırladaq ki, iki ölkənin quru sərhədi 1993-cü ildən bağlıdır. Türkiyə bu addımı o illərdə erməni təcavüzünə məruz qalan Azərbaycanla həmrəylik əlaməti olaraq atıb.

Bənzər yazılar

Back to top button