Hadisə

Sabirabadın icra başçısı qazin intiharı ilə bağlı DİNDİRİLİB? – İLGİNC İDDİA

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarov istintaqa cəlb olunub.

Bu haqda tia.az məlumat əldə edib. S. Cabbarov qazi Elvin Cəfərovun intiharı ilə bağlı cinayət işi üzrə dindiriləcək. Hazırda prokurorluq cinayət işi üzrə şahidlərin və intihar hadisəsində adı keçən tərəflərin ifadəsini almağa başlayıb. Qazinin ölümündə xüsusilə adı hallanan icra başçısı sorğulanacaq. Hətta ona intihara təhrik etməsi maddəsilə cinayət işi açılması istisna edilmir. Məlumata görə, hakimiyyət orqanları məsələni dərindən araşdırmaqdadır və icra başçısı ilə bağlı siyasi rəhbərliyin qərarı gözlənilir. Qazi intihardan əvvəl İH-ə getdiyini bildirdiyi və “sındırılma” sözünü dilə gətirdiyi üçün birbaşa ölüm işində S. Cabbarov şübhəli bilinir. Sosial şəbəkə və cəmiyyət də onun barəsində hüquqi tədbir görülməsini tələb edir. Xəbərlərə görə artıq istintaq gedir və icra başçısının cəzalandırılması mümkün görünür. Çünki bütün məsuliyyət siyasi hakimiyyətin üzərində qalıb.

Bənzər yazılar

Back to top button