İdman

“Klopp bir-iki ildən sonra yenidən “Liverpul”a qayıdacaq”

“Mançester Yunayted”in keçmiş hücumçusu Duayt York Yürgen Kloppun tezliklə “Liverpul”a qayıdacağına əmindir.

Fanat.az xəbər verir ki, “Liverpool Echo” “qırmızı şeytanlar”ın sabiq forvardının dediklərini belə çatdırıb:

“Mən cəsarətli açıqlama vermək istəyirəm. Düşünürəm ki, Klopp bir və ya uzağı iki ildən sonra “Liverpul”a qayıdacaq. Onun bunu edəcəyinə dair məndə gizli bir hiss var. Dərinə getməyəcəyəm, sadəcə hazırkı məşqçilərin keyfiyyətini görəndə məndə belə bir hiss yaranır. Axı bacarıqlı mütəxəssislar çox deyil. Klopp kimisi isə barmaqla sayılacaq qədərdi”.

Xatırladaq ki, alman çalışdırıcı 9 illik işbirliyindən sonra bu yay “Liverpul”u tərk edəcək. Klopp ayrılıq istəyini yorğunluqla əlaqələndirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button