Siyasət

ABŞ qaçqınların qayıtması və reinteqrasiya olmasının tərəftarıdır

ABŞ-ın ATƏT-dəki səfiri çərşənbə axşamı Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını davam etdirmək niyyətini təsdiqləyib, Turan-ın Vaşinqton müxbiri xəbər verir.

Səfir Maykl Karpenter virtual brifinqdə deyib: “Birləşmiş Ştatlar ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını arzuladığını bildirib. Son bir il ərzində biz Ermənistan və Azərbaycan arasında bir sıra danışıqlar təşkil etdik”. “Dövlət katibi Blinken Cənubi Qafqaz regionunda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşmasına, regionda açıq kommunikasiyalara və ticarətə yol açacaq sülh sazişinin tapılması səylərində şəxsən iştirak edib.

Tərəflər münasibətlərin normallaşması üçün razılığa gəlmək üçün bu yaxşı vasitələrdən istifadə etməlidirlər”. Sonda səfir Karpenter qeyd edib ki, Vaşinqton qaçqınların təhlükəsiz qayıtmasını və davamlı reinteqrasiya olması prinsipini dəstəkləyir.

Bənzər yazılar

Back to top button