Hadisə

İntihar etdiyi deyilən gömrük işçisi kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun açıqladığı məlumata görə dünən Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini – 1986-cı il təvəllüdlü Əli Nəcəfalı oğlu Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Əli Cahangirli əslən Babək rayonun Nehrəm kəndindəndir. Bildirilir ki, dəfn mərasimi bu gün Nehrəm kəndində baş tutacaq.

Əli Cahangirlinin məşhur ictimai fəal Nəcəfalı Cahangirlinin oğlu olduğu qeyd olunur. İxtisasca tarixçi olan Nəcəfalı Cahangirli Nehrəm Xeyriyyə Cəmiyyəti və Bütov Azərbaycan Ocaqlarının (BAO) üzvüdür.

Bənzər yazılar

Back to top button