Dünya

ABŞ-dan Ukraynadakı vətəndaşlarına çağırış – “Dərhal tərk edin”

ABŞ öz vətəndaşlarını Ukraynaya daxil olmamağa çağırıb, eyni zamanda, artıq ölkədə olan amerikalıları dərhal Ukraynanı tərk etməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin açıqlamasında bildirilib.

Səfirlik amerikalıları kütləvi toplantılardan və təşkil olunan tədbirlərdən çəkinməyə çağırıb:

“Çünki onlar Ukraynanın istənilən bölgəsində, o cümlədən qərb bölgələrində işğalçı qüvvələrin hədəfinə çevrilə bilərlər”.

Diplomatik departament həmçinin raket hücumu zamanı əməl edilməli olan təlimat dərc edib.

“Ukraynada təhlükəsizlik vəziyyəti olduqca dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq-sayıq qalmalı və təhlükəsizlik məlumatlarını artırmaq üçün müvafiq addımlar atmalıdırlar”, – səfirlik məlumatı yekunlaşdırıb.

Qeyd edək ki, bu gün səhər Rusiya hərbçiləri Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endiriblər. Ümumilikdə 50-dən çox müxtəlif təyinatlı tikili və 40-dan çox avtomobilə ziyan dəyib. Son məlumatlara görə, 23 nəfər (o cümlədən üç uşaq) dünyasını dəyişib, 115-ə yaxın zərərçəkən tibb müəssisələrinə müraciət edib, onlardan 52-si xəstəxanaya yerləşdirilib. 42 nəfər itkin düşmüş hesab edilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button