İdman

Ronaldu sərvətdən imtina edəcək – İDDİA

Portuqaliyalı ulduz Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında oynamaq üçün 275 milyon avroluq təklifdən imtina edəcək.

Fanat.az xəbər verir ki, bu iddia ESPN-ə məxsusdur.

Mənbə “Mançester Yunayted”in hücumçusnunu Səudiyyə Ərəbistanına getməyəcəyini bildirib. İddiaya görə, portuqaliyalı iki il üçün 275 milyon avro (agenti üçün daha 20 milyon) təklifindən imtina edəcək.

Ulduz hücumçu hələ də vacib kuboklar uğrunda mübarizə aparmaq və Çempionlar Liqasında iştirak etmək niyyətindədir.

Bənzər yazılar

Back to top button