İqtisadiyyat

Qaradağın bu bələdiyyələri vergi borclarını hələ də ödəmirlər – Aralarında İnam Kərimovun qohumu da var

Qaradağ rayonunun 6 bələdiyyəsinin vergi borcu olduğu məlum olub.

Amia.az-ın əldə etdiyi məlumata görə, dövlətə borclu olanlar Ələt, Müşfiqabad, Puta, Qızıldaş, Səngəçal və Ümit bələdiyyələridir.
Qaradağın bu bələdiyyələri vergi borclarını hələ də ödəmirlər – Aralarında İnam Kərimovun qohumu da var

Müşfiqabad Bələdiyyəsinin vergi borcu 42 min manata yaxındır(41797.16AZN). Bələdiyyənin sədri Vüqar Əliyevdir. Mətbuatda gedən məlumatlara görı, V.Əlievin qaynı Kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Qızıldaş Bələdiyyəsi də vergisini vaxtlı-vaxtında ödəmənlərdəndir. İdris Alışanovun sədrlik etdiyi bələdiyyənin vergi borcu 12min manatdan çoxdur. (12594.89AZN)

Vergi borcu olan digər qurum isə Səngəçal Bələdiyyəsidir. Şəlalə Bədəlovanın sədr olduğu Səngəçal Bələdiyyəsinin borcu 6 min manata yaxındır.(5936.92AZN)

Puta Bələdiyyəsinin bu günə olan vergi borcu 5 min manata yaxındır (4729.19AZN). Sədri Emin Ramazanlıdır.

Ələt Bələdiyyəsinin isə dövlətə vergi borcu 2696.13 AZN-dir. Sədri Azad Musayevdir.

Qaradağın Ümid Bələdiyyəsinin bugünə qədər olan vergi borcu 1809.41 AZN-dir. Sədri isə Asya Camalovadır

Bənzər yazılar

Back to top button