Dünya

ABŞ Ukraynaya 800 milyonluq hərbi yardım ayırdı, 100 min qaçqın qəbul edəcək

AB. Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Co Bayden videomüraciətində bildirib.

Dövlət başçısı bildirib ki, ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi, o cümlədən ağır artilleriya və 144 min patron, həmçinin pilotsuz təyyarələr göndərir. Bundan əlavə, ABŞ administrasiyası gələn həftə Konqresə Ukraynaya hərbi yardımı artırmaq üçün əlavə sorğu göndərəcək.

Bununla yanaşı, ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsində dəstəyi davam etdirəcək.

Bayden videomüraciətində Rusiya ilə əlaqəli gəmilərin ABŞ limanlarına girişinə qadağa qoyulacağını, Bununla yanaşı, Ukraynaya 500 milyon dollar həcmində əlavə birbaşa iqtisadi yardımın ayrılacağını deyib.

O, həmçinin Ukraynadan olan qaçqınların miqrasiyasını sürətləndirəcək proqrama start verildiyini açıqlayıb. Bu humanitar proqram çərçivəsində ABŞ 100 minə qədər ukraynalı qaçqını qəbul edəcək.

Bənzər yazılar

Back to top button