Dünya

Slovakiya Macarıstanın Aİ-nin Ukraynaya maliyyə yardımını əngəlləmək üzrə mövqeyini dəstəkləyir

Slovakiyanın baş naziri Robert Fitso macar həmkarı Viktor Orban ilə görüşdən sonra Ukraynaya 50 milyard avro (55 milyard dollar) yardımın ayrılması ilə bağlı Aİ büdcəsinə dəyişikliklərə qarşı Macarıstanın mövqeyini dəstəklədiyini bildirib, deyə 16 yanvarda Ukraynanın “Avropa Həqiqəti” informasiya nəşri məlumat verib.

Slovakiyanın baş naziri Rusiyanın təbliğatını da dəstəkləyib və bildirib ki,
Rusiya-Ukrayna müharibəsinin “hərbi həll yolu yoxdur” və Rusiya guya “Donetsk və Luqansk üzərində hərbi nəzarəti saxlayacaq” və işğal olunmuş Krımı tərk etməyəcək.

“Gəlin, bu problemi həll etmək üçün başqa bir yol tapaq, amma kimsə 50 milyard avro sərmayə qoymaq və yüzlərlə yeni silah göndərməklə nəyisə həll edəcəyimizi düşünürsə, o zaman biz heç nə həll etməyəcəyik” deyib Fitso.

Orban daha əvvəl demişdi ki, Macarıstan Ukraynaya dörd il ərzində 50 milyard avro yardım verilməsinə qarşıdır və bunun “Aİ-nin suverenliyinin və milli maraqlarının pozulması” olduğunu iddia edirdi.

Aİ fevralın 1-də Avropa Şurasının sammitində yardım paketini nəzərdən keçirmək niyyətindədir.(Turan)

Bənzər yazılar

Back to top button