Hadisə

Hacı Ramazan Mirzəyevin oğlunun qəzaya düşdüyü “Mustang”ın nömrəsi satışa çıxarıldı – FOTO

“Tender kralı” kimi təqdim olunan Hacı Ramazan Mirzəyevin oğlunun qəzaya düşdüyü “Ford Mustang” markalı avtomobilin dövlət nömrə nişanı atışa çıxarılıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, 44-BB-044 nömrə nişanına onlayn satış saytlarının birində 7500 manat dəyər qoyulub.

Xatırladaq ki, mediada gedən məlumatlara görə, Hacı Ramazan Mirzəyevin oğlu 2022-ci ilin mart ayında Yağmurlu hava rayonların birində qəzaya düşüb.

Yolların sürüşkən olması səbəbindən 44-BB-044 nömrə nişanlı “Ford Mustang” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında dərəyə düşüb. “Mustang” kran vasitəsilə düşdüyü yerdən çıxarılıb.

Bənzər yazılar

Back to top button