İqtisadiyyatManşet

Gömrük generalının sövdələşdiyi MMC-lərin dövlətə 6 milyondan çox vergi borcu üzə çıxdı

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən axşam saatlarında yayılan məlumatda bildirilir ki, Məsum Rəsulovun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

Aktualinfo.org Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yayılmış məlumatda adları açıqlanan Məhdud Məsuliyyətli Cəmiyyətlər ətrafında apardığı araşdırmanı təqdim edir.

“Azerbaijan Legal Consulting İnternational Services” MMC-nin adında hansısa bir texniki səhv olduğundan VÖEN-ni müəyyən etmək olmadı. Ümumiyyətlə MMC-lərin fəaliyyət sahələri barədə açıq mənbələrdə heç bir məlumatlara rast gəlinmir. DTX-nın məlumatlarında da qeyd olunduğu kimi şirkətlər müəyyən maliyyə əməliyyatları aparmaq, vəsaitləri nağdlaşdırmaq üçün yaradılıb. Həmin MMC-lərin dövlətə olan vergi borcları da bunu təsdiq edir. Onları diqqətinizə çatdırırıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NANOC” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.02.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev 23A, qanuni təmsilçisi kimi isə Dadaşov Zamiq Alşah oğlu qeyd olunub.

MMC-nin hazırki günə 33 715.95 manat vergi borcu var.

Dadaşov Zamiq Alşah oğlu həm də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.02.2019-cu ildə dövlət qeydiyyatına alınmış 5 adda “XROMON” “DOLTON” “VİRAMA” və “SORBİT” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin qanuni təmsilçisidir. Bunlardan “XROMON”MMC-nin isə hazırki günə 79 354.63, “DOLTON” MMC-nin 34 195.65, “VİRAMA” MMC-nin 21 056.18, “SORBİT” MMC-nin isə 4 356.21 manat vergi borcu var.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VEQA-SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.05.2010-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının QOBUSTAN RAYONU, QOBUSTAN ŞƏHƏRİ, YENİ MASSİV qanuni təmsilçisi kimi isə İsrafilov İlqar Aydın oğlu qeyd olunub.

MMC-nin hazırki günə 4 923 240.90 manat vergi borcu var.

MMC-nin qanuni təmsilçisi İlqar Aydın oğlu İsrafilov, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 10 iyul tarixli hökmü ilə məhkum edilmişdir. Azadlıqdan məhrum etmə növündə cəza çəkən bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin 11 fevral 2003-cü il tarixli fərmanı ilə əfv olunmuşdur.

İsrafilov İlqar Aydın oğlunun CM-nin hansı maddələri ilə cəza çəkməsi barədə məlumat yoxdu. Lakin Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə cəzalandırılması onun ağır cinayət törətməsini deməyə əsas verir. Maraqlıdır ki, cəmi 2 il sonra əfv olunmuşdur. Çox güman ki, bu da maliyyə cinayəti olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MEGAN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində 28.01.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QUBA RAYONU, AMSAR, qanuni təmsilçisinin isə Sementsov Vladimir Alekseyeviç olduğu göstərilir.

Hazırki günə 601 719.06 manat vergi borcu var.

Sementsov Vladimir Alekseyeviç həm də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsndə 28.01.2019-cu ildə dövlət qeydiyyatına alınmış “CBG Service-CR” MMC-nin qanuni təmsilşisidir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OMEQA SERVİS İKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.06.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,NƏRİMANOV RAYONU, MAQSUD ƏLİZADƏ, ev 120, m. 1, qanuni təmsilçisi kimi isə Novruzov Rövşən Tələt oğlu qeyd olunub.

Hazırki günə 534 539.01 manat vergi borcu var.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DELTA SERVİS İKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.06.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,NƏRİMANOV RAYONU, MAQSUD ƏLİZADƏ, ev 120, m. 1, qanuni təmsilçisi kimi isə Novruzov Rövşən Tələt oğlu qeyd olunub.

Hazırki günə 161 001.43 manat vergi borcu var.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumatlarından da göründüyü kimi gömrük generalının sövdələşməyə getdiyi 5 MMC-nin dövlətə ümumi olaraq 6 254 216.35 vergi borcu var. Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada adı çəkilən şirkətlərlə bərabər, adı çəkilməyən digər şirkətlərin də olduğu göstərilir. Bu şirkətlər hansılardır və onların dövlətə nə qədər vergi borcu var, çox güman ki, istintaq sirridir.

Bənzər yazılar

Back to top button